Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

LIV Hospital Bakıda konfrans keçirdi - Əməkdaşlıq memorandumu

  • 2018.07.06 11:04
  • 9800 Baxış
 LIV Hospital Bakıda konfrans keçirdi -  Əməkdaşlıq memorandumu
İyulun 5-də Beynəlxalq Dialoq və İnkişaf Alyansı və Türkiyənin LIV Klinikasının birgə konfransı keçirilib.

 

Medicina.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. İkitərəfli əməkdaşlıq bütün sahədə olduğu kimi səhiyyə və tibb elminin inkişafı istiqamətində də öz müsbət nəticələrini verir. Hazırda Azərbaycanda səhiyyənin elə bir sahəsi yoxdur ki, orada türkiyəli məsləkdaşlarımızla əməkdaşlıq olmasın. 


Mütəxəssis mübadiləsi, birgə elmi-təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrin tətbiqində Türkiyənin təcrübəsinə böyük önəm verilib. Türkiyənin LIV Hospitalının Azərbaycana bu dəfə gəlməsi qadın sağlamlıq problemləri ilə bağlı xeyriyyə aksiyasının keçirilməsidir. Xeyriyyə aksiyası Bakıda EGE Hospitalında ödənişsiz check-up müayinə olaraq keçiriləcəkdir. Konfransda LIV Hospitalının beynəlxalq əlaqələr bölməsinin rəhbəri Fatih Akpınar, həmin klinikanın uzman-həkimləri, professor-doktor Levhi Akın, Dos.Dr. Eralp Başer qadın xəstəlikləri və problemləri ətrafında maarifləndirici məlumatlarla çıxış ediblər. 


Tədbirdə EGE Hospitalının direktoru Aytəkin Başaröz çıxış edərək, Hospitalın texniki imkanlarının genişliyindən bəhs edib və iyulun 6-da xeyriyyəçilik aksiyasının keçirilməsindən məmnunluğunu bildirib. Tədbirdə Beynəlxalq Dialoq və İnkişaf Alyansı və Türkiyənin LIV Klinikası arasında əməkdaşlıq memorandumu imzalandı. İyulun 6-da EGE Hospitalında qadınların ödənişsiz check-up müayinəsi olacaqdır. 


Aksiyada 100-ə yaxın qadının iştirakı nəzərdə tutulur.


 



 LIV Hospital Bakıda konfrans keçirdi -  Əməkdaşlıq memorandumu