20 yaşlı Mariya omba implantlarını çıxarmaq üçün müraciət etdiyi cərrahın masasında həyatını itirdi.
“Medicina” xəbər verir ki, Nyu-Yorkda 38 yaşlı Felipe Oyos lisenziyası olmadan estetik cərrah kimi fəaliyyət göstərib.
Prosedur ucuz başa gəlsin deyə qadın bpyük mərkəzlərə yox, məhz bu həkimə müraicət edib. Felipe proseduru evində icra etmək qərarına gəlir.
Ağrı olmasın deyə pasiyentə lidokain vurur, lakin iynədən sonra Mariyanın halı pisləşir. Felipe təcili yardım çağırsa da qadın xəstəxanada ürəyinin dayanmasından ölür.
Cərrahı isə lisenziyasız tibbi fəaliyyət, qanunsuz olaraq xəstəyə müdaxilə və ölümə səbəb olma maddəsi ilə həbs ediblər. Prokuror bildirir ki. əgər bu həkimdən şikayət artsa, onun cəzası daha da ağır olacaq.
Aygün Musayeva