Lipoma – piy vəzinin xoş xassəli şişi kifayət qədər geniş yayılıb.
O əsasən dəri altında, bəzən isə piy qatı olan daxili orqanlarda yaranır. Lipoma dəri altında yaranan, ağrısız, əksər hallarda xoşxassəli şişdir. Amma bəzi hallarda lipomanı bədxassəli şiş olan liposarkoma ilə səhv salırlar. Liposarkoma ölçüsünə görə lipomadan böyük ölçülü və ağrılı olur. Buna görə də ilk əvvəl tam diaqnoz qoyulmalıdır.
Medicina.az bildirir ki, lipoma təşviş ediləsi bir narahatlıq deyil. Amma ona xüsusi diqqət yetirilməlidir.
Bu narahatlıq ən çox boyunda, çiyində, döş qəfəsində, kürəkdə, əllərdə, yanbızda meydana çıxır.
Lipoma cərrahi yolla və bir sıra preparatların köməyi ilə kənarlaşdırılır. Bundan əlavə onu təbii vasitələr köməyi ilə də aradan qaldırmaq mümkündür.
Bu zaman sarıkök ən təsirli vasitə hesab olunur. Onun tərkibində olan kurkumin maddəsi iltihabəleyhinə və antioksidant təsirə malikdir.
Sarıkökü pasta şəklində lipomanın üzərinə çəkməkdən əlavə daxilə də qəbul etmək lazımdır.
Lipoma əsasən qaraciyərin işinin pozulması səbəbindən meydana çıxır. Sarıkök qaraciyəri və qanda olan şlakları və toksinləri təmizləyərək öd ifrazını stimullaşdırır.
Bunun üçün sarıkök tozunu azacıq su ilə qarışdıraraq lipomanın üzərinə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra təmizləyin. Proseduru gündə 2 dəfə etmək olar.
Çay qaşığının ucunda sarıkökü suda həll edib gündə bir dəfə yeməkdən əvvəl için.
Bu sizin bədəninizdə olan lipomaların əriməsinə səbəb olacaq.
Arzu
Medicina.az
Mənimdə başımda çox saylı var
bileyimde piy vezisi var nece mualice olmalidir
Salam menimde cox sayli lipomam var teze basdayiram mende insallah ki bir xeyr olar