Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Diabet, şiş xəstəliklərindən və piylənmədən azad olun Limonu dondurub, dərmana çevirə bilərsiniz

  • 2019.01.03 13:49
  • 18168 Baxış
 - Diabet, şiş xəstəliklərindən və piylənmədən azad olun  Limonu dondurub, dərmana çevirə bilərsiniz

 

Yəqin ki, limonun bir çox xəstəliklərdə müalicəvi xüsusiyyətə malik olıduğunu bilirsiniz. Amma dondurulmuş limonun daha faydalı olduğunu da bilməyiniz lazımdır. 


Limonu adətən qabığına görə dondururlar. Dondurulduqdan sonra limonun qabığı daha yumşaq və istifadə üçün yararlı olur. 


Bir çox digər başqa meyvələrdə olduğu kimi limonun qabığında qanda olan xolesterolun miqdarını tənzimləyən, immun sistemi gücləndirən bir çox faydalı maddələr mövcuddur. Onun tərkibində həm də mikrobəleyhinə, göbələkəleyhinə maddələr də mövcuddur. 


Medicina.az xəbər verir ki, mütəmadi olaraq dondurulmuş limondan istifadə etmək orqanizmdə bir sıra müsbət dəyişikliklərə səbəb olur. Onlar aşağıdakılardır: 


İnsult riskini azaldır

Xərçəngin proflaktikasını təmin edir

İmmun sistemi gücləndirir

İltihabın müalicəsi və proflaktikasında istifadə edilir

Bakteriya əleyhinə effekt verir

Astmanın simptomlarını azaldır

Depressiya və təlaş hissi ilə mübarizə aparır 

Böyrəkləri və qaraciyəri təmizləyir


Araşdırmalar göstərir ki, limon qabığı kimyaterapiya və şüa terapiyası ilə yanaşı tətbiq edildikdə xərçəngin 10-dan artıq müxtəlif növü ilə mübarizədə yaxşı effekt verir.  


Sadəcə olaraq donmuş limonu qabığı ilə birlikdə smuziyə əlavə edin. Beləliklə də müalicəvi və proflaktik içki əldə etmiş olacaqsınız. 

Limon buzu hazırlamaq qaydası


1.Limonu soyuq su ilə yuyaraq qurudun

2.Dezinfeksiya olunması üçün 1 dəqiqə müddətində alma sirkəsində saxlayın 

3.Daha sonra 12 saat müddətində dondurucuda saxlayın

4.Səhər donmuş limonu qabığı, ləti və tumları da daxil olmaqla sürtkəcdən keçirin.

5.Alınan kütləni buz qabına yerləşdirərək yenidən dondurucuya qoyun. Daha sonra istifadə edə bilərsiniz.


Arzu

Medicina.az