Həkimlər tövsiyyə edirlər ki, hər səhər limonlu su içmək xərçəngdən qorunmaq üçün əla vasitədir.
“Medicina” xəbər verir ki, həkim- infioksionist Mixail Kutuşov limonla qələviləşmənin bütün bədənin sağlamlığını qorumaq üçün təsirli üsul olduğunu bildirib.
Xərçəngin qarşısını almaq üçün səhərə necə başlamaq lazımdır:
- Səhər bir stəkan isti (45-55 dərəcə) su. Limonlu su olsa daha yaxşı olar!
Diş minasını turşu ilə zədələməmək və mədə selikli qişasını qıcıqlandırmamaq üçün nisbətlərə riayət etmək vacibdir: 1 stəkan su üçün 2 dilim limondan istifadə edin, deyə o əlavə etdi.
Ancaq həkim mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar üçün acqarına limonlu su qəbul etməyi məsləhət görmür:
- Xüsusilə sizə yüksək turşuluq diaqnozu qoyulubsa. Böyrək ağrılarından əziyyət çəkirsinizsə, limon turşusu güclü sidikqovucu təsirə malik olduğundan bu içki sizin üçün deyil.
Mixail Kutuşovun əlavə tövsiyələri:
Limonlu suyun dozası gündə 200 ml-dən çox olarsa, o zaman tədricən artırılmalıdır.
Limonlu suyun ümumi gündəlik həcmi 2 litrdən çox olmamalıdır.
Yeməkdən 40-45 dəqiqə əvvəl qəbul edin, qurtumlar tez-tez və böyük olmamalıdır.
Qarışığı əvvəlcədən hazırlamaq mümkün deyil, təzə içmək lazımdır.
Həkimin tövsiyə etdiyi kimi, bədənin qələviləşməsi ən vacib proseslərdən biridir, bunun nəticəsində sağlam vəziyyət üçün sabit göstəricilər formalaşır, məsələn: bədən istiliyi, ürək döyüntüsü, qan göstəriciləri.
Aygün Musayeva