Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Limonla təzyiqi salmaq olmur

  • 2023.05.17 17:33
  • 1746 Baxış
Limonla təzyiqi salmaq olmur
"Yüksək təzyiqdə limon çıxış yolu deyil. Hipertoniyanın müalicəsi limonla aparılmır".


"Medicina" xəbər verir ki, bu barədə Nazirliyin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev təzyiqin müalicəsindən danışarkən deyib.


“Həkim müayinəsi və təyinatı üzrə dərman seçilir. Təzyiq problemi olan insanların limonla yüksək təzyiqi saxlamağa çalışması doğru deyil.

Limonun öz yeriı var, sarımsağın öz faydası var. Lakin əgər artıq təzyiq xəstəliyi varsa, zəruri dərman preparatlarından istifadə etmək lazımdır”.

Aygün Musayeva