Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Limonla bədənin energetik müalicəsi – QƏDİM METOD

  • 2021.05.06 18:14
  • 2928 Baxış
Limonla bədənin energetik müalicəsi  –   QƏDİM METOD

Sitrus meyvələrinin efir yağları insanın bədəni, aurasını enerji ilə təmin edir. Limonu təkcə daxilə qəbul etmək yox, xaricdən də müalicə üçün istiadə etmək olar.


Xüsusən pis əhval-ruhiyyə, yorğunluq, aqressiya zamanı limonla energetik təmizlənmə edə bilərsiz.
Medicina.az limonun energetik mərkəzlərə təsir etmə mexanizmini təqdim edir.


Yapon alimləri limon qabığının və yağının insanın beynini aktivləşdirdiyini və diqqətini artırdığını bildirib.
Neqativ enerjini təmizləmək üçün qədim hind metodikasına görə limonu bir neçə yerdən çərtib elə bütöv halda döş qəfəsinin, sinənin mərkəzində saat əqrəbi istiqamətində gəzdirirsiz.


Limon bədənə dəyməlidir. Daha sonra limonu boğazda, göbək hissədə, ovuclarda dairəvi saat əqrəbi istiqamətində ovuşduraraq fırladıb gəzdirin.
Limonla masajı həmin nahiyədə istilik əmələ gələnə kimi davam etdirin.

Əgər bədəndə ağrıyan nahiyə varsa, ora da başqa bir limonu eyni metodla gəzdirin.
Orqanizm və bədəndə olan bütün yad energetikanı limon özünə çəkəcək.

Prosedurdan sonra o limonları təmiz torpağa atmaq lazımdır. İstifadə etmək olmaz.
Həmin gün ət yemək, içki içmək olmaz. Prosesdən sonra duş almaq lazımdır.