Limonun nə qədər dəyərli bir meyvə olduğunu hamı bilir.
Limonu mətbəxdən başqa gündəlik həyatımızı asanlaşdırmaq üçün necə istifadə istifadə edə biləcəyimizi sizinlə paylaşırıq.
Çox məqsədli limon təmizləyicisi
Bir limonun qabığını soyun və 150 ml sirkədə soyduğunuz qabıqları 1 gecə saxlayın.
Səhəri gün 150 ml su əlavə edərək qarışığı sprey başlıqlı şüşə bir qaba tökün və bu suyu evinizi təmizləyərkən işlədin.
Mətbəx taxtasını limonla təmizləyin
Mətbəx taxtalarını qab şampunu ilə təmizləmək əvəzinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək təmizləyə bilərsiniz.Bu əməliyyatı gündə iki dəfə təkrarlayın.
Ağ parçaları limonla təmizləyin
Ağ paltarlarınızı karbonat və limon suyu qarışığına qoyaraq daha da ağarda bilərsiniz.
Paltarlarınızı bu əməliyyatdan sonra paltaryuyan maşında yuya bilərsiniz.
Limonla manikür
Dırnaqları gücləndirmək üçün ilıq suya yarım limonun suyunu sıxın və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın.
Çillərinizdən limonla qurtulun
Limonu dəri ləkələrinə və çillərə tətbiq edərək onlardan qurtula bilərsiniz.
Bir limonu ikiyə kəsin və üzünüzə sürtün. Bir neçə dəqiqə sonra ilıq su ilə yuyun.Üzünüzü nəmləndirməyi də unutmayın.
Ayaqqabı iyindən limonla qurtulun
Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq.(Moderator.az)