Bütün energetik içkilərdə, limonadlarda E211 maddəsi var. Hətta təbii şirə adı altında satılan, əsasən uşaqlar üçün nəzərdə tutulan meyvə suları içərisində də bu maddədən tapılır.
“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, E211 rəf ömrünü uzatmaq üçün hesablanıb. Qaraciyər və sinir sistemini məhv edən kanserogen təsirə malikdir. Xərçəngə də səbəb olur.
Natrium siklomat, yəni E 952 insan orqanizminə son dərəcə zərərli bir maddədir. Belə ki, 1966 – cı ildə siçovullar üzərində aparılan araşdırmalardan məlum olub ki, E952 sidik kisəsi xərçənginə səbəb olur.
Eləcə də limonadlarda olan E950 asil sulfamin kalumudur. Şəkər əvəzləyicilərin daxilindədir, şəkərdən 200 dəfə çox şirindir.
Əsasən ürək – damar sistemi üçün çox təhlükəlidir. Bəzi ölkələrdə belə maddə tərkibli “şəkərsiz” içkilərin satışı ümumiyyətlə qadağandır.
Hətta Azərbaycanla qonşu olan bəzi ölkələrdə belə tərkibli içkilərin satışı qadağan olunub.
İçkiləri alarkən üzərində bu kodları axtarın, varsa, almayın.
Günay Quluzadə