Limonun tərkibində olan maddələrin şiş əleyhinə təsiri mövcuddur.
Medicina.az xəbər verir ki, bu araşdırmalar zamanı aşkar edilib.
Limon qabığının tərkibində olan d-limonen maddəsi süd vəzi xərçənginin profilaktikası və hətta müalicəsi üçün effektlidir.
Araşdırmada süd vəzi xərçəngi olan 43 qadın iştirak edib. 2 həftə ərzində 2 qr d-limoneni qəbul edən qadınlarda şişin ölçüsü kiçilib və həmçinin onkoloji xəstəliyinin inkişafına təsir edən siklin D1 maddəsinin konsentrasiyası da azalıb.