Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Limon, duz və istiotla ağrılardan qurtulun

  • 2018.03.09 15:32
  • 18228 Baxış
Limon, duz və istiotla ağrılardan qurtulun
Duz, istiot və limonu sadəcə salatlarda deyil, müxtəlif xəstəliklərə də şəfa vermək məqsədi ilə istifadə edə bilərsiniz.

 

Medicina.az ailem.az-a istinadən duz, istiot və limonun faydalı olduğu xəstəliklər barədə məlumat verir.


Boğaz ağrısı


 

Bir stəkan təzə sıxılmış limon suyunun içərisinə yarım çay qaşığı istiot və 1 çay qaşığı dəniz duzu əlavə edin. Bu qarışımla hər gün qarqara edin. Boğaz ağrısının getdiyini görəcəksiniz.


Tıxamış burun


Asqıraraq burun tıxanıqlığınızı apara bilərsiniz. İstiot, darçın və zəncəfil toxumlarını bərabər miqdarda qarışdırın. Qarışımı yavaş-yavaş iyləyin. Asqırdığınızda burun tıxanıqlığınız da keçəcək.


Mədə bulanması


Yarım limonun üzərinə bir az istiot və duz töküb yeyin. Mədə bulanmanızın dərhal keçdiyini görəcəksiniz.


Diş ağrısı


Yarım çay qaşığı istiot və mixək yağını qarışdırın. Qarışımı dişinizdə ağrı olan yerə vurun. Ağrının qısa zamanda azaldığını görəcəksiniz.