Limfa sistemi bizim bioloji filtrlərimizdir, orqanizmi virus və bədxassəli hüceyrələrdən qoruyur.
Limfalaları təmizləmək sağlamlığın açarıdır. Bunun üçün xüsusi qayda yoxdur, sadəcə düzgün qidalar seçilməlidir.
“Medicina” xəbər verir ki, Rospotrebnadzorun ekspertləri limfalar üçün ən faydalı qidanı açıqlayıb.
Limfalar üçün qırmızı rəngdə meyvə və tərəvəzlər seçilməlidir. Məsələn, nar, çuğundur, alma, zoğal, moruq, gilas, qırmızı kələm və s.
Onlardsa çoxlu bioflavonoidlər var ki, toksiki maddə və sərbəst radikalları özünə hopdurub zərərsizləşdirir.
Çiy və ya buxarda bişmiş tərəvəz və giləmeyvələrdə olan lif həm bağırsağı, həm də limfa sistemini təmizləyir.
Limfa sisteminə həm də maye lazımdır, bu da çiy meyvə tərəvəzdə olur.
Limfanın sevimli dostları:
- Yaşıl yarpaqlı göyərti, bütün növ kələmlər
- Kök, bibər
- Sarıkök, zəncəfil, darçın, istiot
- Sarımsaq
- Dəniz yosunu
- Biyan kökü
- Təmiz bitki yağları
- Qoz, çərəz, tumlar
Limfaların çirklənməsi, tıxanması müxtəlif səbəblərdən baş verə bilər.
- Zərərli qidalar
- Ətraf mühit
- Stress
- Su azlığı
- Çox oturmaq
Aygün Musayeva