Limfa düyünləri boyunda, qolaltında, boğazda, bədənin bir çox hissələrində olur. Orqanizmin təmizlənməsində böyük rol oynayan bu həssas düyünlər bəzən iltihabi prosesdən şişir, ölçüsü böyüyür və ağrı verə bilir.
Limfa düyünləri patoloji hüceyrələrin çoxalmasının qarşısını alır, orqanizmə düşən infeksion agentləri zərərsizləşdirir, hüceyrələrarası mayeni qovur, limfositlərin yaranmasını həyata keçirir. Limfadüyünü yumru və ya oval formada olur, normal vəziyyətdə 1 sm olur. Yüngülcə basıldıqda əl altında hərəkət edən piy vəzisi kimi hiss olunur, ağrısızdır.
Limfatik sistem toxuma və hüceyrələri təmizləmək üçündür. Maddələr mübadiləsi, immun sistem, müdafiə qabiliyyəti, lipid mübadiləsində əsas rol oynayır.
Limfa düyünləri niyə böyüyür?
Limfademopatiya – artıq orqanizmdə təhlükəli vəziyyət yarana biləcəyini göstərən siqnaldır. Yerləşdiyi nahiyədən asılı olaraq hansı sistem və orqanda problem olmasını bilmək olar. Əgər tənəffüs sistemində infeksiya, iltihab varsa – boyun, boğaz limfadüyünləri şişir.
Osteomiletdə diz limfa düyünləri böyüyür.
Orqanizmə infeksiya düşdükdə, iltihabi proses kəskinləşdikdə yaxınlıqda olan limfa düyünləri daha çox müdafiə hüceyrələri sintez edir ki, bu da düyünlərin böyüməsinə səbəb olur. İnfeksiya bədəndə var gücü ilə yayılmağa başlayanda limfadüyünlər onu özündə tutub saxlayır. Orqanizmdə infeksiyalaşma nə qədər yüksəkdirsə, limfa düyün bir o qədər yüklənir. Düyünün ölçüsü 5-6 sm-ə kimi böyüyür.
Əgər bu mərhələdə heç bir tədbir görülməsə, ikincili xəstəlik olaraq limfa düyünlərin iltihabı və irinləməsi- Limfadenit başlayır.
Səbəblər:
-Orqanizmə virus infeksiyalarının düşməsi
-Herpes
-Bakterial infeksiyalar
-Göbələk
-Şiş yaradan hüceyrələrin bölünməsi
-Iltihabi proseslərin olması
-Burun-tənəffüs sisteminin xəstəlikləri- laringitdən tutmuş otitə kimi
-Dİşlərdə karies
-Revmatizm
-Vərəm xəstəliyi
-QİÇS
-Allergik reaksiyalar
-Zəif immun sistemi
-Stress, avitaminoz
-Orqanizmin kəskin soyuması
-Xoş və ya bədxassəli şişlərin olması
-Alkoqolizm, narkomaniya
-Bəzi dərman preparatlarının və antibiotiklərin təsiri
Limfadüyünlərin böyüməsinin səbəbləri o qədər çoxdur ki, hər həkim belə baş çıxara bilmir. Amma əsas 3 qrupu ayırd edirlər: ya orqanizmdə güclü iltihab var, ya infeksiyalar çoxalıb ya da onkoloji proses başlayıb.
Əgər sizdə limfa düyünləri ətrafı qızarıbsa, əllə yoxladıqda böyümə, ağrı varsa, udma və baş çevirmə zamanı diskamfort yaranırsa, şişkinlik, tərləmə, titrəmə, çəki itirilməsi, qaraciyərin böyüməsi, gücsüzlük, öskürək, boğazda ağrı, ürəkbulanma, qızdırma varsa, o zaman limfa düyünlərin iltihabından şübhələnib həkimə getmək lazımdır.
Diaqnoz:
-Həkimin əllə müayinəsi
-Qan analizi
-USM
-RENTGEN
-Onkomarkerlərin təyini
-Lazım gəldikdə, düyündən biopsiya.
Müalicəsi:
Səbəbi araşdırdıqdan sonra antibiotik terapiya başlanılır. Əgər virus infeksiyasıdırsa, simtptomatik müalicə olunur. Əgər göbələk infeksiyasıdırsa, göbələk əleyhinə preparatlar.
Limfa düyünləri şişən zaman xəstə:
-Sutkaya 2litr su içməlidir, çünki limfa suyun sayəsində axın edir.
-Qızdırma salıcı və iltihab əleyhinə dərmanlar qəbul etməlidir.
-Boğaza kompreslər olunmalıdır.
-Ağır halda yataq şəraitində olmalıdır.
Qəti olmaz:
-Limfa düyünlərini sıxmaq, masaj etmək, isitmək, mazlar, kremlər çəkmək.
Cərrahi əməliyyat:
Əgər limfadüyünlər çox böyüyübsə, irinlidirsə və şiş hüceyrələri metastaz veribsə, əməliyyatla götürülür.
Salam həkim 1.5 yaşınq körpə uşaq var 2 dənə bapbalaca düyün var həkimə görsədir imtetin düşüb dedi
Salam mənim sag tərəf qulaq dibimdə cox balaca lobya boylrında şişkinlik var qızdırma agri yoxdur nədən ola bilər?
Salam həkim linfa düyünlərin əməliyyatla götürüb edildi yenidən əmələ gəlib bədxəsiyyətli şiş diaqnozudu müalicəsi varmı
Salam mənim oğlumun
Mənim qulağımın arxasında çıxıb su çiçəyi xəsdəliyindən sonra yarandı qorxulu ola bilər?
menim oglumda sag teref bogazinda var lobya boyda . sanki deri altinda eline lobya deyirmis kimi. ancq 1 dene odur. qorxulu ola bilermi?
Salam . Metastaz vermiş limfalar sagala bilermi? Menbeyi melum olmayan xerceng dioqnozu qoyulub
Salam bğazımda dəri altında cüzi şiş var nədən ola bilər
Salam mənim oğlumun boğazı çox şişib amma qızdırması yoxdu analizlər vermişik cavab çıxmayıb bu səbəb nədən ola bilər
Mənim oğlumda yayılır boğazındakı böyükdür mədəsinə qədər
Boğazda yemək borusuna finfa düyünü var
Marjinal zone limfomasi nedir
Salam.32 yaşim var. mənim basimda sol gicgahimda var agri yoxdu balacadi sis sadece elə bir yerdiki gozumun qabagidi gorsənən yer mənde kompleks kimi gorənde narahatliq yaradir ev şeraitinde nə edə bilərəm dərman yada hansisa bir sey yadaki imkan varsa əlaqə saxlamaga sizlərlə mualicə almag istəyirəm
Salam bilmek isteyirem hockin xestelikden əziyet çəkirəm gürcüstanda müalicə göturdum aparata düşmüsem amma dehşet qica ayaq ağrisi cekirem bedenim herden yanır herden üşuyürem
Mənim qızımda artır və böyüyür indidə qaraciyərindən yaranıb 7 yaşı var