Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.
Medicina.az xəbər verir ki, bu barədə anews.az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.
L.Seyidbəyova öz ərizəsi ilə işdən ayrılıb. Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edə ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.