Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirir.
“Report”un məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.
Tədbirdə çıxış edən MDTU-da Azərbaycan klubunun sədri Simarə Məmmədova bildirib ki, azərbaycanlı gənclər xeyriyyə məqsədi ilə qan verirlər:
“Məqsədimiz onkoloji xəstəlikdən və COVID-19-dan əziyyət çəkən insanlara yardım etməkdir”.
Xatırladaq ki, qanvermə aksiyası 3 gün davam edəcək. Artıq 13 ildir mütəmadi olaraq keçirilən xeyriyyə aksiyasında minə yaxın gəncin iştirak edəcəyi gözlənilir.