Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Leykozlu uşaqların müalicəsində müsbət yenilik- Mütəxəssis

  • 2019.11.08 13:09
  • 55526 Baxış
Leykozlu uşaqların müalicəsində müsbət yenilik-  Mütəxəssis

Uşaqlıq dövründəyoluxan ağır xəstəliyi arasında yer alan
leykoz müalicə şansı ən yüksək olan xərçəng növü hesab edilir. Bunu hemotologiya üzrə mütəxəssis Dos. Dr. Kamuran Karaman bildirib.
Onun sözlərinə görə , bu gün leykoza yoluxan uşaqların müalicəsində müvəffəqiyyət nisbəti 85%-əyüksəlib.



Medicina.az xəbər verir ki, xalq arasında qan xərçəngi və
ya sümük iliyi xərçəngi adlanan leykoz son dövrlərdə uşaqlar arasında sürətlə
yayılmağa başlayıb. Dr. K. Karaman,
müalicənin ən vacib addımlarından biri olan kök hüceyrə donorunun son zamanlarda tez-tez gündəmə gətirildiyini
vurğulayıb.


 


 


"Ən çox
2-5 yaş aralığı uşaqlar üçün təhlükəlidir”



Leykozun
uşaqlarda qəfil başladığı və sürətlə inkişaf etdiyini bildirən mütəxəssis b bunları əlavə edib:


 



"Sürətlə
irəliləməsinə rəğmən qan xərçənginin müalicəsi uşaqlarda müsbət nəticələr verməyə
başlayıb. Bu ümidverici nəticələr xəstələrə qulluq və laboratoriya şəraitinin
yaxşılaşdırılması, risk təsnifatının
daha yaxşı müəyyənləşdirilməsi nəticəsində əldə edilib. Uşaqlar üçün yaxşı qurulmuş bir risk təsnifatı əsasında
leykoz, kök hüceyrə transplantasiyasına ehtiyac duymadan yalnız kimyaterapiya ilə bərpa edilə bilər”.



Bundan əlavə
həkim, uşaqların xəstəlik dövründə təhsil həyatının davam etdirilməsinin, onların
motivasiyasının aşağı düşməməsi üçün
müalicə prosesində vacib olduğunu vurğulayıb.


 



Həkim, leykozunhələ də xalq arasında ölümcül bir xəstəlik
olaraq qəbul edildiyini bildirib. Lakin uşaqlıq qan xərçəngi artıq müalicə edilə
bilən xəstəlikdir. O nə yoluxucu, nə də genetikdeyil. Diaqnozdan sonra ailənin dəstəyi çox vacibdir. Bütün baş verənləri
anlamaq üçün ailələr vaxt və səbr lazımdır.

Leykozlu uşaqların müalicəsində müsbət yenilik-  Mütəxəssis
Leykozlu uşaqların müalicəsində müsbət yenilik-  Mütəxəssis