Amerikada lesbiyan cütlük ilk dəfə öz doğma övladını təbii yolla həyata gətirən eyni cinsli cütlük olaraq tarixə düşüb. Onlar EKO-nun yeni texnologiyası vasitəsilə valideyn olublar. Bu zaman döl inkubatora yox, birbaşa qadının bətninə yerləşdirilib.
Medicina.az xəbər verir ki, 28 yaşlı Eşli və 36 yaşlı Bliss Koluter 2015-ci ildə evləniblər. Onlar ikisi də uşaq istəyirdi, amma Blissi hamiləlik cəlb etmirdi.
Adətən tibbdə lesbi cütlüklər üçün donor spermasından istifadə olunur, bu zaman qadınlardan biri hamilə olur, digəri isə uşaq doğulandan sonra onu adına keçirir. Lakin bu cütlükdə vəziyyət başqa cür idi. Burda yumurta Blissdən götürüləcəkdi – o ailənin qadınıdır, uşağı bətnində isə Eşli – ailənin başçısı daşıyacaqdı.
Onlar yalnız bir klinikada icra olunan süni mayalanma metodu barədə eşidirlər. Yeni texnologiyada mayalanma xüsusi kapsulada aparılıb, dərhal ananın bədəninə yerləşdirilir, orda embrion müvafiq istilikdə qalır. Daha sonra embrion kapsuldan çıxarılıb, uşaqlığa yerləşdirilir. Həkimlər kapsulu əvvəl Blisin bədəninə yerləşdirir, daha sonra Eşlinin uşaqlığına köçürdürlər.
"Bu hadisə unikaldır. İki qadının hər ikisi övladını bədənində daşımış oldu", – deyə həkim Dudi bildirib. Beləliklə, hər iki qadın hamiləliyi hiss etmiş oldu.
Eşli hamiləlikdən öncə hormonal preparatlar qəbul edərək orqanizmi aldadıb. Embrion uşaqlığa köçürüldükdən sonra hər şey həkimlərin gözlədiyindən də yaxşı gedib və bu il dünyaya sağlam bir oğlan uşağı gəlib.
Klinikanın həkimləri bu metodu bir çox eynicinsli cütlüklər, ailələr üzərində tətbiq etməyin mümkünlüyünü bildirib.
Baxmayaraq ki, kilsə və dini qurumlar tərəfindən klinika tənqidə məruz qalıb, amma həkimlər dünyada hər bir insanın valideynlik hissini yaşamağa layiq olduğunu bildirir.