Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lənkəranda yeniyetmə anafilaktik şokdan ödü

  • 2023.12.23 12:27
  • 1575 Baxış
Lənkəranda yeniyetmə  anafilaktik şokdan ödü
Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Osaküçə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov gecə saatlarında ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yeniyetməyə dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Yeniyetmə bu gün xəstəxanada dünyasını dəyişib.


Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.