Lənkəran rayonunda Vilvan kəndində 8 yaşlı uşaq dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.
Bir qədər sonra uşağın halı pisləşib və o, şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.