Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.
"Medicina" xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.
Belə ki, 12 yaşlı qız Ləman İsmayılova qardaşı ilə oynayarkən divandan aşıb və boynu zədələnib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.