Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lənkəranda ana qanaxmadan öldü, körpə isə.. - Daha bir ana-uşaq ölümü

  • 2018.08.04 16:12
  • 9410 Baxış
Lənkəranda ana qanaxmadan öldü, körpə isə.. -  Daha bir ana-uşaq ölümü
Bu gün səhər saatlarında Lənkəranda 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı və yeni doğulan körpəsi dünyasını dəyişib.



Medicina.az BakuPost-a istinadən xəbər verir ki, faktı Trend-ə təsdiqləyən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimin köməkçisi Əbülfəz Məmmədov bildirib ki, ana qanaxma səbəbindən dünyasını dəyişib.


Həkim bildirib: "Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Ana isə bu gün səhər saat 10 radələrində qanaxma səbəbindən dünyasını dəyişib”.


Ə.Məmmədov bildirib ki, hüquq-muhafizə orqanları hazırda hadisə yerindədirlər, araşdırma aparılır.