Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lənkəranda 6 aylıq hamilə qadın öldü - FOTO

  • 2023.07.08 11:35
  • 1884 Baxış
Lənkəranda 6 aylıq hamilə qadın  öldü - FOTO
Lənkəranda hamilə ölümü baş verib.

APA-nın məlumatına görə, Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü hamilə Aygün İlham qızı Qurbanzadənin temperaturu olduğuna görə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Görülən tədbirlər nəticəsində acil şöbəsində onun temperaturu stabilləşib və A.Qurbanzadə Lənkəran Perinatal Mərkəzinə göndərilib.

Altı aylıq hamilə olan A.Qurbanzadə Perinatal Mərkəzdə dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi məlumata görə, mərkəzdə qadına heç bir yardım olunmayıb. Onun uşağının sağ olub-olmaması barədə onlara heç bir məlumat verilmir.

A.Qurbanzadənin 3 ildir ailə qurduğu, iki övladının dünyaya gəldiyi və öldüyü bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Aygün Qurbanzadənin 6 aylıq olan körpəsi də ölüb. Meyiti Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.




Lənkəranda 6 aylıq hamilə qadın  öldü - FOTO