Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lənkəranda ana doğuş zamanı öldü

  • 2023.04.08 15:15
  • 1530 Baxış
Lənkəranda ana doğuş zamanı öldü
Lənkəranda ana doğuş zamanı ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanllır.