Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu şəhər və rayonda sərt karantin ləğv edildi - Operativ Qərargah

  • 2020.07.17 20:02
  • 2379 Baxış
Bu şəhər və rayonda sərt karantin ləğv edildi  - Operativ Qərargah

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.