“Cənub zonasında yoluxmanın əsas səbəbi orada yaşayan vətəndaşlarımızın İrana intensiv səfərləri ilə bağlıdr və sıx ünsiyyəti idi”.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, sərhədlər bağlandıqdan sonra daxildə yoluxma artıb:
“Gəncəyə də başqa yerlərdən, xarici ölkələrdən giriş-çıxış kifayət qədər çoxdur. Gəncəyə ilk yoluxma idxalla gəlib və daha sonra daxildə yoluxma başlayıb”.