Lənkəranda zəhərlənmə faktı qeydə alınıb.
Medicina.az xəbər verir ki, rayonun Rvo kənd sakini, 1984-cü il təvəllüdlü Zaur Məhərrəm oğlu Qurbanov qidadan zəhərlənib. Z. Qurbanov təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona müvafiq yardım göstərilib.
Vəziyyətinin normal olduğu bildirilir.