Dəridə ləkələr müxtəlif səbəblərdən baş verə bilər. Mütəxəssislərin sözlərinə görə, əsas səbələrdən biri daxili problemlərdir. Bunun üçün həkim müayinəsindən keçmək vacibdir
Digər səbəblər yaşla və günəşlə əlaqəli ola bilər.
“Medicina” xəbər verir ki, ləkələrlə mübarizə üçün 6 təbii yoldan istifadə etmək olar. Lakin məhsullara qarşı allergik reaksiyaları nəzərdən qaçırtmaq olmaz.
Alma sirkəsi - sirkə turşusunu ehtiva edir, tədqiqatlar göstərir ki, dərini yüngülləşdirir və piqmentasiyanı aradan qaldırır.
Süd - laktik turşular yaş ləkələri ilə mübarizə aparmağa kömək edə bilər. Dərinizə adi süd, turş süd və ya qatıq kimi məhsulları tətbiq etməyə çalışın.
Yaşıl çay ekstraktı - yaşıl çay ekstraktı dərinin depiqmentinə kömək edir.
Qara çay - heyvanlar üzərində aparılan bir araşdırma, qara çayın bir ay ərzində gündə iki dəfə yerli olaraq tətbiq edildiyi zaman dəridəki tünd ləkələri açmağa kömək etdiyini göstərib.
Aloe vera - 2012-ci ildə edilən bir araşdırmaya görə, aloe vera dərini parlaqlaşdıran və toksik olmayan anti-hiperpiqmentasiya agenti olan aloin ifraz edir.
Qırmızı soğan ekstraktı - bəzi dəri və çapıqları azaldan kremlərin tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, quru qırmızı soğan qabığı dərini təsirli şəkildə ağarda bilər.
Günay Quluzadə