Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bunun üçün milyonlar xərcləməlisiniz/FOTOÖldükdən sonra dirilmə şansınız ola bilər

  • 2017.12.19 13:05
  • 21935 Baxış
 - Bunun üçün  milyonlar xərcləməlisiniz/FOTO Öldükdən sonra dirilmə şansınız ola bilər
Bəzi insanlar öldükdən sonra bədənlərini dondurub gələcəkdə dirilməyə ümid edirlər.

Medicina.az xəbər verir ki, Cryoniks firması, insan bədənini yenidən dirildə bilmək üçün aşağı dərəcələrlə uzun illər ərzində qoruyur. Denis Kovalski adlı kişi və ailəsi, "emrion dondurma” adlı prosedur üçün sərvət xərcləyib.  Amerikada yaşayan Denis Kovalski, yoldaşı Maria və üç uşağının öldükdən sonra xüsusi otaqlarda dondurulması üçün 140 min dollar ödəyib. 

Kovalski ailəsi bu dünyada ikinci bir şanslarının olacağına ümid edərək bu prosesə qatılıblar. Firma ailənin ödədiyi pul müqabilində, öldükdən sonra bədənlərini likit azot maddə ilə mühafizə edəcək.

Proses insan qanuni olaraq ölü elan olunduqdan dərhal sonra başlayır və vücud ilk olaraq buz qabına qoyulur. Daha sonra cəsəd Miçiqanda yerləşən Cryoniks institutunun mərkəzinə göndərilir. İnsanın qanının yerinə kimyəvi maddə yeridilərək mənfi temperaturlu qoyulur. Ən sonunda bədən, xüsusi bir saxlama qabına yerləşdirilir və oyanacağı günə kimi orada qalır.

Bu prosedurun qiyməti bir adam üçün 28 min dollardır. Şirkət buradan çox pul qazanmır. Yığılan pulu insan bədənini mühafizə etmək üçün avadanlıqlara xərcləyir. Hazırda firmada 160 insan vücudu və 100 ev heyvanı dondurulmuş şəkildə saxlanılır.

Əksər mütəxəssislər isə bu bədənlərin yenidən həyata dönəcəyinə inanmırlar.

Şəhanə Quliyeva