Bəzi qadınlar pendir suyunu lazım bilərək atırlar. Ancaq onun tərkibində insan üçün əvəzolunmaz komponentlər mövcuddur. Laktoza, zülallar, A, C, E, B vitaminlər qrupu, faydalı turşular, maqnezium və kalsiumla zəngindir.
Medicina.az xəbər verir ki, süd zərdabını (pendir suyu) ev şəraitində də hazırlamaq və onun faydalarından bəhrələnmək mümkündür.
İmmun sistemini möhkəmləndirmək üçün rasionunuza süd zərdabı daxil edin. Pendir suyunun müntəzəm istifadəsi immuniteti və enerji balansını asanlıqla normaya salacaq. Mütəxəssislər hər gün səhər yeməyinə qədər bir stəkan pendir südü içməyi məsləhət görürlər.
Bu möcüzəvi vasitə orqanizmdə xoşbəxtlik hormonları adlanan serotoninin ifraz olunmasına kömək edir.
Pendir suyu sayəsində xroniki yorğunluq və stress ilə mübarizə aparmaq daha asan olacaq.
Bədəni zərərli toksinlərdən təmizləyir.
Dərini qidalandıracaq - Pendir suyu və kəsmiyi qarışdırıb üzünüzə çəkin, 20 dəqiqə saxlayın. Üzünüzü isti su ilə yuduqdan sonra nəticə dərhal hiss olunacaq.