Müasir metodla, xalq arasında lazerlə sünnət deyilən elektrokoaqulyatorla sünnət əməliyyatı kişilərin səhhətində fəsadlar yaradaraq, hətta gələcəkdə xərçəngə səbəb olacaq.
Medicina.az Media.az-a istinadən xəbər verir ki, bu fikri 42 ildir, uşaqları sünnət edən həkim-pediatr Qadir Qadirov bildirib. H
əkim elə indi də dədə-baba adəti ilə sünnət edir və bunun tərəfdarıdır.
O deyir ki, lazerlə sünnət zamanı smeqma çıxmır, orqanizmdə qalır, böyrək, qaraciyər, prostatı zədələyir, onkologiyaya səbəb olur.
Q. Qadirov əmindir ki, kişi cinsi sağlamlığı, potensiyası və uzunömürlülüyü elə qədim sünnət üsulundadır.
"Bu fəsadların səbəbi odur ki, elektrokoaqulyasiya zamanı yüksək temperatur təsiri olur. Bu zaman kapilyar və damarlar yapışır. Smeqma – hələ sünnət olmayan oğlan uşaqlarının sünnət kisəsində illərdir, yığılıb qalmış qarışımdır. Bu maye, qarışım kansoregendir. Dədə-baba qaydası ilə sünnət zamanı o, çölə axır. Lazerlə əməliyyat zamanı isə smeqma yuxarı qalxır və orqanizmə yayılır.
Sünnət dərisi mütləq soyuq alətlə kəsilməlidir”.
Salam Hekim men usagi lazerle sunnet etdirmek isdiyirem ziyani oldugunu yeni bilmisem