Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT

  • 2019.06.25 12:00
  • 24465 Baxış
Lazer epilyasiyası edən qadınlar haqqında  MARAQLI FAKT
Qadınlar bədənindəki xoşagəlməz tükləri ənənəvi yollarla təmizləməyə ömrünün 1000 saatını sərf edir.


 

Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə yerləşən dəri xəstəxanasının qurucusu həkim Levent Türbedar məlumat verib:

"Xoşagəlməz tüklərdən xilas olmağın ən təsirli yollarından biri lazer epilyasiyasıdır. Xüsusilə qadınlar üçün bu, inqilabi üsuldur. Çünki qadınlar əsrlərdir ki, tüklərdən xilas olmaq üçün mübarizə aparır və həyatının 1000 saatını ona sərf edir. Halbuki, onlar tükləri təmizlədikləri vaxtı özlərinə və inkişaflarına sərf edə bilərlər.


Xoşbəxtlikdən müasir tibbi avadanlıqlar tüklərdən qısa müddətdə xilas olmağa kömək edir. Üstəlik lazer epilyasiyası tüklərin çıxmasını bir müddət sonra dayandırır. Bu da o deməkdir ki, lazer epilyasiyası ilə problemi kökündən həll etmək qadınlara əlavə vaxt qazandırır”.

Həkim onu da bildirib ki, gözəllik mərkəzlərində hormon və genetik fərqlərə əsasən müxtəlif lazer epilyasiyaları təklif olunur.