Latviya Dövlət Operativ Tibbi Komissiyası koronavirus səbəbiylə respublikanın səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Qeyd olunur ki, fövqəladə vəziyyət elan edilməsi ölkənin hər yerindəki xəstəxanalara COVID-19 xəstələrinə kömək üçün resurslarından sərbəst şəkildə istifadəyə imkan yaradacaq.
Latviyanın səhiyyə naziri Daniel Pavluts xəstəxanalarda tibbi kadr çatışmazlığının olduğunu deyib:
“Əlavə avadanlıq gətirə bilərik, ancaq bu avadanlıqla işləyə biləcək insanların sayını artıra bilmərik”.
Pavluts əlavə edib ki, ölkə hakimiyyəti xəstələrin müalicəsi üçün beynəlxalq yardım istəmək imkanını nəzərdən keçirir.