Latviyanın Səhiyyə naziri hökuməti təcili olaraq ölkədə virusla bağlı lokdaun elan etməyə çağırıb.
Medicina.az xəbər verir ki, təcili tədbirlər olmasa coviddən ölüm 3 qat yüksəlib, təcili yardım həkimləri kimin qalıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaq.
Səhiyyə naziri Daniel Pavlyuts bildirib ki, səhiyyə uçurum kənarında dayanıb.
“Biz bacarmırıq, yoluxma çoxdur, sürətlidir. Son bir həftədə yoluxanların sayı 2 dəfə artıb, reanimasiyalar 100% yüklənib. Lokdaun yubanmadan təcili elan edilməlidir.
Yoluxma 3000-ə çatsa, ehtiyacı olan bütün xəstələri xəstəxanaya qəbul edə bilməyəcəyik. Təəssüf ki, seçim etməli olacağıq. Əgər karantin olarsa, yoluxma 40% azalar”.