Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lassa qızdırması epidemiya halını alır

  • 2022.10.05 14:14
  • 1256 Baxış
Lassa qızdırması epidemiya halını alır

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən “Lassa” qızdırması epidemiyasından 172 nəfər həyatını itirib.

"Medicina" xəbər verir ki, son bir həftədə altı nəfərdə “Lassa” qızdırması müşahidə edilib, xəstəlikdən bir nəfər ölüb.

Yanvar ayından ölkədə “Lassa” qızdırmasına yoluxanların sayı 929-a çatıb.

Xəstəlik ölkənin 25 əyalətinin 102 bölgəsinə yayılıb.

Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb.

Hər il quraqlıq dövrünün yaşandığı noyabr və may aylarında artan “Lassa” qızdırması epidemiyasında ötən il 102 nəfər dünyasını dəyişib.

Aygün Musayeva