Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lalə Məmmədovanın da atasına qoyulan diaqnoz: – Dəhşətli Alzheymer nədir, necə başlayır?

  • 2021.03.09 16:41
  • 2730 Baxış
Lalə Məmmədovanın da atasına qoyulan diaqnoz:  – Dəhşətli Alzheymer nədir, necə başlayır?



Alzheymer və ya altsheymer müasir dövrdə yaşı 65-dən yuxarı və ahıl yaşlarda başlayıb, hər il on minlərlə yaşlı insanı cənginə alan bir nevroloji, beyin xəstəliyidir. Bu zaman yaddaş, huş hissəvi və ya tam itir, şəxsiyyət dəyişikliyi baş verir. Zaman keçdikcə dərinləşir, xəstə ailə üzvlərini belə tanımır.

Medicina.az xəbər verir ki, son günlər əməkdar artist Lalə Məmmədovanın da atasının üzləşdiyi xəstəlik barədə ürəkağrıdan açıqlaması bu xəstəliyi gündəmə gətirdi. Lalə Məmmədova kimi atası demensiya və Alsgeymerdən əziyyət çəkən insanlarımız çoxdur. Təəssüf ki, bu xəstəliyin tam müalicəsi yoxdur.



Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib.

Nevroloq, psixiatr və psixoloqlara ata-anasının, nənə-babasının getdikcə yaddaşını itirməsi və bu səbəbdən günlük həyatında əziyyət çəkməsi ilə bağlı müraciət edənlər çoxalıb.

Alzheymer xəstəliyi beynin neyro-degenerativ xəstəliyidir. Bu xəstəlik adətən 60-70 yaşlı insanlarda müşahidə olunur. 60-70 yaşda olan insanların 1,6 %-i, 70-80 yaş arasında 20 %-i, 80 yaşdan yuxarı insanların isə 40 %-də bu xəstəliyə rast gəlinir.

Xəstəliyin yaranmasında genetika da rol oynayır. Eyni zamanda, oturaq həyat tərzi, stress, depressiya, düzgün qidalanmamaq, şəkərli diabet, hipertoniya kimi xəstəliklər Altsheymerin erkən yaranmasına səbəb olur.

Xəstəliyin geniş yayıldığını nəzərə alaraq, Medicina.az altsheymerin ilk 8 əlamətini təqdim edir

- Önəmli əşyaları itirmək və tapmamaq, adları xatırlamaqda çətinlik çəkmək
- Ruhi vəziyyət və hərəkətlərdə ciddi dəyişikliklər
- Qərar vermə qabiliyyətinin zəifləməsi
- Zaman və məkanlarda səhvə yol vermə, evə yolun itirilməsi, getdiyi yerdə azmaq

- Nitq çətinliyi, gündəlik işləri görərkən belə çətinlik çəkmə
- İşə təsir edən unutqanlıq
- Detallı düşünərkən problemlər yaşamaq

Dünya Səhiyyə Təşkilatı Alzheymerin qarşısını almaq və ləngitmək üçün öz tövsiyələrini verib.

Davamlı fiziki məşq, siqaretdən uzaq durmaq, həmçinin, alkoqol qəbul etmədən Altsheymer xəstəliyi riskini dəf etmək olar. Xüsusi ilə çəkini nizamda saxlamaqla orqanizmin balansını qorumaq olar. Qanda şəkərin miqdarı da sözügedən xəstəliyin riskini aşağı salır
. ÜST baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bildirib ki, 30 ilə Demensiyalı insanların sayı 3 qat artacaq:


"Bu risk faktorunu endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Sənədlərdə əksini tapmış bütün nüanslar şübhəlidir. Ona görə də mütləq hər şeyə yenidən baxmaq lazımdır. Yoxsa bizi böyük təhlükə gözləyir”.

ÜST-dən verilən məlumata görə, sürətlə yayılan bu xəstəlik dünyanın ortaq probleminə çevrilib. Dünya miqyasında 50 milyon demensiya xəstəsi var. Bu da hər il 10 milyon yeni fakt deməkdir.