Məhşur türkiyəli professor Canan Karatay fəsillərə görə yeməli olduğumuz qidalardan danışıb.
Medicina.az Canan Karatayla müsahibədən həmin hissəni təqdim edir:
İstifadə müddəti uzun qalan qidaların bir çoxunun tərkibinə toz halında kimyəvi maddələr qatılır. Əgər aldığınız məhsulun üzərində son istifadə tarixi yazılıbsa, demək ki, tərkibi kimyəvi maddələrlə zəngindir. Bu süd, qatıq və ya yağ kimi hazır halda satılan bütün qidalar ola bilər.
-Yayda yeyilən tərəvəzlər qurudulur və ya sirkəyə qoyulur və qışda da yeyilir. Qışda badımcan, istiot, pamidor yeyilməməlidir. 12 ay badımcan və istiot yemək yalnışdır. Çünkü insan orqanizmi fəsillərə görə uyğunlaşmışdır. Yay aylarında tarlada yetişən badımcanı, pomidoru və istiotu istədiyimiz qədər yeyə bilərik. Bunun sağlamlığa heç bir zərəri yoxdur, əksinə faydalıdır. Lakin Qış aylarının özünə xas tərəvəz və meyvələri var. Onlar yeyilməlidir.
-Çiy köfdə yemək yaxşıdır. Çünkü bişməyib, yanında turp və göyərti də olur.
-Zeytun yağı ana südü ilə demək olarki eyni xassəyə malikdir. Orqanizm və həzm sistemi üçün müalicəvi əhəmiyyət daşıyır. Yeməklərinizdə və salatlarınızda bol-bol istifadə edə bilərsiz.
-Təbii istiot tozunu yeməklərinizə qata bilərsiz.
-Lahmacun ən sağlıqlı fast fooddur. Çünkü tərkibində qiyməli ət, yağ, tərəvəz, soğan və karbohidrat var.
Bu saydıqlarımız hər biri qışın soyuğunda insanı dözümlü və gümrah edir. Hər zaman yediyinizə və içdiyinizə diqqət edin. Çünkü insan orqanizmi çox həssas quruluşa malikdir.