Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Laçın, Füzuli və Zəngilana köçürüləcək 705 nəfər tibbi müayinələrə cəlb olundu

  • 2023.08.09 13:47
  • 1156 Baxış
Laçın, Füzuli və Zəngilana köçürüləcək 705 nəfər tibbi müayinələrə cəlb olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

TƏBİB-dən Medicina.az -a bildirilib ki, ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub.


Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.