Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kversetinlə zəngin qidalar artrit ağrılarına qarşı

  • 2022.10.18 16:16
  • 1482 Baxış
Kversetinlə zəngin qidalar artrit ağrılarına qarşı


Artrit, artroz kimi xəstəliklər və ağrılarından əziyyət çəkən insanlar kversetin maddəsi ilə tanış olmalıdır.

"Medicina" xəbər verir ki, kversetin iltihab əleyhinə bitki piqmentidir. O, oynaq ağrıları və şişlərinə qarşıdır.

Terapevt Tamara İlinskaya qeyd edib ki, xəstənin vəziyyətini yüngülləşdirmək üçün onun qidasına kversetinlə zəngin ərzaqlar daxil edilməlidir.

"Kversetin çox miqdarda soğan, sarımsaq, pomidor, qaragilə, porey soğanı, almada var.
Soğan sarımsaq güclü antioksidantdır.

Alimlər sübut edib ki, kversetindən sonra revmatoid artrit xəstələrində oynaq hərəkətliliyi yaxşılaşıb.
Eləcə də brokkolidə yüksək doza kversetin var.

Ona görə bu xəstələr kversetinli qidalar axtarsın".

Aygün Musayeva