Qusar rayonunda kütləvi zəhərlənmə baş verib.
Qusar Rayon Mərkəzi Xəstəxanasından Medicina.az-a verilən məlumata görə, xəstəxanaya zəhərlənmə ilə bağlı bir gündə 11 nəfər müraciət edib. Onlardan 8 nəfərdə zəhərlənmə əlamətləri müşahidə olunub.
Məlumata görə, zəhərlənmə kənd ərazisində bitkilərin zərərvericilərə qarşı dərmanlanması nəticəsində baş verib. Dərmanlanmış göyərtidən hazırlanan qutabı yeyən bir ailənin səkkiz üzvü zəhərlənib. Digər ailə isə “Rollton” quru supundan zəhərlənməsi ehtimalı ilə xəstəxanaya gətirilsə də, həmin şəxslərdə əsasən infeksiya əlamətləri müşahidə edilib. Hər iki ailə müayinələrdən sonra evə buraxılıb.
Qeyd edək ki, dekabrın 15-i gecə saatlarında 11 nəfərlik iki ailə zəhərlənmə ilə müraciət edib. Onlarda 5 nəfər uşaq olmaqla, bir ailənin səkkiz üzvü, 3 nəfərlik isə digər ailə qidadan zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.