Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kütləvi zəhərlənmə: 22-si uşaqdır

  • 2021.03.09 13:13
  • 1865 Baxış
Kütləvi zəhərlənmə:  22-si uşaqdır

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində 24 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Medicina.az -ın xəbərinə görə, bu barədə Dağıstan Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, zəhərlənənlərin 22-si uşaqdır. Xəstələrin vəziyyəti yüngül və orta dərəcəli qiymətləndirilir, ağır hal yoxdur. Zəhərlənmənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bu, 2021-ci ildə Dağıstanda qeydə alınan dördüncü kütləvi zəhərlənmədir. Yanvar ayında Buynakskın 350-dən çox sakini həkimlərə müraciət edib. Fevralda Xunzax rayonunun Arani kəndinin və Kaspiysk şəhərinin sakinlərinin zəhərlənməsi (müvafiq olaraq 95 və 33 nəfər) hadisələri baş verib.