Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kütləvi vaksinasiya olsa da koronavirus bitməyəcək, insanları yanıltmayın - Sinqapurlu alim

  • 2021.10.15 17:30
  • 2899 Baxış
Kütləvi vaksinasiya olsa  da koronavirus bitməyəcək, insanları yanıltmayın -  Sinqapurlu alim
Ötən həftə baş tutan Beynəlxalq Biofarmakologiya həftəsində Şanxay infeksion xəstəxanasının rəhbəri Çjan Venhun çıxışında pandemiyadan danışıb.

Medicina.az xəbər verir ki, o, hətta kütləvi vaksinasiyanın belə bundan sonra koronavirusun yayılmasının qarşısını ala bilməyəcəyini deyib.


“Vaksinasiya epidemiyanı tam nəzarətə almaq üçün yetərli deyil, lakin xəstəlikdən ağırlaşma və ölümlərin qarşısını ala biləcək. Məsələn, Sinqapurda 80% kütləvi immunitet var, lakin yoluxma azalmır. ABŞ-da iki dəfə vaksin olunanlar xəstələnir. Bu belə də olacaq. Peyvənd ancaq və ancaq ölüm sayını azaltmaq üçündür.


Yaxın gələcəkdə planetin sakinləri xəstələnmə və vaksin hesabına kollektiv immunitetə sahib olacaq. Yalnız ondan sonra koronavirusla bizi nələrin gözləyəciyini demək olar”.