Kütləvi immunitetin yaranması üçün uşaqların vaksin olunması çox önəmlidir.
Medicina.az xəbər verir ki, Kanada 12 və 15 yaş arası uşaqlar üçün “BioNTech-Pfizer” vaksininə icazə verib. Belə ki, bəzi əyalətlərdə
uşaqlar vaksinasiya olunacaq. Amma qərarın tələsik icra edilməsinə dair narahatlıqlar var.
Mütəxəssislər dünyada yetişkinlərə vurulan vaksinin uşaqlar üçün də tətbiq edilməli olduğunu deyirlər.
Mövzu ilə bağlı danışan professor Hasan Tezer vaksinlər yetərli hala gətirilib, yerli istehsal edildikdən sonra məktəblərin açılacağını, kütləvi immunitetin yaranacağını deyib: “Uşaqlar koronavirusu yüngül keçirsə də başqalarını yoluxdura bilərlər. Ona görə də uşaqların vaksinasiya olunması çox önəmlidir”.
Qeyd edək ki, bəzi vaksin firmaları 6 aydan 11 yaşa qədər uşaqlar üçün vaksin çalışmalarını davam etdirir.
Bu oğraşın öz uşaqlarına vurdursun Böyükləri öldürdülər indi də uşaqları qırmaq istəyir Təsdiq olunmayan peyvəndi uşaqa vurarlar? Ay cindirlar