Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kürəyin sol tərəfində ağrı - Ürəkdəndir, yoxsa...?

  • 2025.01.03 18:05
  • 482 Baxış
Kürəyin sol tərəfində ağrı   - Ürəkdəndir, yoxsa...?

Kürəyin sol tərəfində, düz ürəyin arxasında ağrı xəstələri qorxuya salır.


Nevralgiya kimi tanınan şiddətli sinir ağrıları bir çox hallarda qəfil meydana çıxır. Çox zaman bu mənşəyi bilinməyən ağrıları lokasiyasına görə digər xəstəliklərin əlamətləri ilə səhv salırlar.

Medicina.az xəbər verir ki, nevralgiya sinir ağrısıdır. Bu zaman yaranan ağrılar çox kəskin, göynədici, deşici, yandırıcı xarakterli olub, xəstənin bütün həyat fəaliyyətinə mane olur.


Ən çox müşahidə olunan nevralgiyalar üçlü sinirin, ənsə sinirin, oturaq sinirin, qabırğa arası sinirlərin nevralgiyasıdır. Bəzən kürək əzələsində yaranan nevralgin ağrıları hətta infarkt əlamətinə bənzədirlər. Bu ağrılar əzələ boyu yayılaraq qollara və boyun nahiyəsinə qədər çatır. Xəstənin hərəkəti məhdudlaşır və nəfəs olması çətinləşır.


Bir çoxları ev şəraitində isti kompreslərin, diklofenak iynəsinin və ağrıkəsicilərin köməyilə ağrıları aradan qaldıraraq sonradan həkimə müraciət etməyə ehtiyac görmürlər.


Bəs görəsən nevralgiya ağrıları hətta öz-özlüyündən keçib getsə belə, müalicəyə üz tutmaq lazımdırmı? Bu ağrılar nədən xəbər verir? Yenidən geri dönməməsi üçün nələrə diqqət yetirilməlidir?


Qəflətən kəskinləşən ağrılar bəzən bir çox digər xəstəliklərin əlaməti ilə qarışdırıla bilir. Meydana çıxan ağrılar çox kəskin olur. Ağrılar çəkildikdən sonra yenidən geri qayıda və ya ümumiyyətlə bir də təkrarlanmaya bilər. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsini müəyyən etmək üçün ilk növbədə xəstə MRT müayinəsindən keçməlidir. Bu üsul əsasən də digər xəstəlikləri inkar etmək üçün tətbiq edilir. Həmçinin də elektroneyromioqrafiya aparatından keçmək tələb olunur. Bu üsullarla digər patologiyalar inkar edilərsə, o zaman həkim nevralgiya variantının üstündə durur və müalicəyə başlayır”.

Nevralgiya müalicə olunan xəstəlikdir. Bu xəstəliyi periodik olaraq vaxtlı vaxtında müalicə etdirmək müsbət nəticə verir.

Bəzən xəstələr özləri bir balaca əzələ ağrısı hiss edən kimi diklofenak iynəsi vurdururlar. Bu iynə iltihab əleyhinə olduğu üçün ağrıları və şişkinliyi aradan qaldıraraq insana kömək edir. Lakin bu, problemi müvəqqəti olaraq həll edir.


Bütün müayinələrdən keçdikdən sonra əgər nevralgiya diaqnozu təsdiqlənərsə, o zaman xəstəyə fizioterapevik prosedurlar tətbiq edilməlidir. Bu prosedurları hər 6 aydan bir təkrarlamaq lazımıdır.

İdman növləri içərisində isə insan orqanziminə ən yaxşı və rahatladıcı təsir göstərən yoqadır. Yoqa ilə hətta xəstələr ev şəraitində də məşğul ola bilərlər.


Aygün M