Nevroloq kürəkdə olan bəzi ağrıların ölümcül xəstəlikdən ola biləcəyini açıqlayıb.
"Medicina" xəbər verir ki, həkim nevroloq Yevgeni Mosin kürəkdə qəfil güclü ağrının insan həyatı üçün təhlükəli olduğunu bildirib.
Hətta kürək, bel ağrısı belə bir neçə orqanın xərçəngindən xəbər verə bilər.
Bunlar ağciyər, qida borusu,qalxanvari vəz xərçəngidir.
"Onurğanın özündə də osteosarkoma adlı xərçəng olur. Bu zaman kürəkdə güclü ağrılar verir.
Eləcə də qonşu orqanların şişləri zamanı bel sümüklərinə metaztaz yayılır.
Qadınlarda süd vəzi, kişilərdə ağciyər xərçəngində müalicəyə tabe olmayan bel ağrıları olur.
Onurğa beyninin irinli iltihabi xəstəliklərində də ağrı olur, vaxtında aşkarlanmasa xəstənin ölümünə səbəb olur.
Belin aşağı hissəsində kəmərvari ağrı mədəaltı vəz, mədə xəstəliyi və diabetdə olur.
Ona görə bəzən həkimlər də beldə ağrıları vaxtında fərqləndirə bilmir. Beldə kəskin ağrılar zamanı Onurğa MRT və KT-si daha informativdir.
Aygün Musayeva