Əgər bel ağrısının səbəbi virus olarsa, o zaman antibiotiklərlə müalicə oluna bilər. Əlbəttə ki, həkimlər bütün bel ağrılarının səbəbinin viruslar olduğuna inanmırlar, bütün halların 25%-i viruslardan ola bilər. Qalan ağrılar sırf mexaniki səbəblərdən qaynaqlanır.
“Medicina” xəbər verir ki, Danimarka alimləri bel ağrısı olan xəstələrin yarıdan çoxunun 90 günlük antibiotik qəbulundan sonra əhəmiyyətli dərəcədə rahatlama hiss etdiyini sübut ediblər. İndi mütəxəssislər bu sinif dərmanların ağrıya təsirini qiymətləndirmək üçün daha böyük klinik sınaqlar hazırlayırlar.
Dünyada milyonlarla insan bel ağrısından əziyyət çəkir. Hər il poliklinikalarda olan xəstələrin təxminən 5-7%-i həkimlərdən ağrı sindromundan xilas olmaq üçün kömək istəyir.
Ağrıkəsici və ya xalq müalicəsi kimi özbaşına metodlardan istifadə edənlərin sayı minlərlərdir.
Təəssüf ki, həkimlər xəstələrin 50% -ə qədər kömək edə bilirlər, digərləri isə bel ağrısından və məhdud hərəkətdən əziyyət çəkirlər. Bel problemlərinin əsas səbəblərindən bəziləri ağır əşyaların daşınması, həddən artıq yumşaq döşəklərdə yatmaq, zərərli duruş, oturuş və maşın sürməkdir.
Bütün bunlar vertebral disklərin yerdəyişməsinə və sinir uclarının qıcıqlanmasına səbəb ola bilər.
Lakin bel ağrısının bakterial izahı da var ki, bunu Danimarka alimləri sübut ediblər. Üstəlik, viruslar ən çox (halların 70% -i) intervertebral yırtığı olan insanlara hücum edir. Bunun isə bir müalicəsi var: antibiotik qəbul etmək.
Günay Quliyeva