Kürəyi, onurğası ağrıyan çox pasiyentlər bəzən özləri klinikalara üz tutub birinci MRT -dən keçirlər. Çox vaxt təbii ki, MRT-də kiçik yırtıq, ostexondroz və s. görülür.
Bunlar ağrı olmadan da ola bilər. MRT bel ağrılarının səbəbini tam göstərmir.
"Medicina" xəbər verir ki, bunu tanınmış həkim aparıcı Aleksandr Myasnikov bildirib.
"Beldə ağrılar MRT-dən keçmək üçün əsas deyil.
Tomoqrafiiya əhəmiyyəti olmayan informasiya verib, bəzən həkimi də, xəstəni də çaşdırır.
Kürəkdə, beldə ağrı çox zaman disfunksiyadan, onurğada yırtıq və spondilezdən baş verir.
Ağrıyan beli müalicə etmək üçün artıq çəkini atmalı, çox hərəkət etməli, ağırlıq qaldırmamalı, müntəzəm müalicəvi gimnastika etmək lazımdır.
Əhəmiyyətsiz diaqnostik vasitələrə vaxt sərf etməyin. Əgər bunları etməyəcəksizsə, ağrı necə varsa, elə də qalacaq.
Hər yırtıq isə əməliyyat olunmur".
Aygün Musayeva