Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kürdəmirdə körpə evdə qəfildən ölüb

  • 2024.12.23 16:31
  • 113 Baxış
Kürdəmirdə körpə evdə qəfildən ölüb


Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib.

"Medicina" publika.az-a istinadla xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib.

2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb.

Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər.

MEDİCİNA.AZ