Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kürdəmir bələdiyyə sədri qəfil öldü

  • 2023.07.04 19:14
  • 1473 Baxış
Kürdəmir bələdiyyə sədri qəfil öldü

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.


"Medicina" report.az-a istinadən xəbər verir ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.