Küncüt əzməsi (Tahin) mədə üçün müalicəvi qidalardandır.
Bu super qida həm də insanı uzun müddət tox saxlayır. İmmuniteti də gücləndirən tahin sağlamlıq üçün ən vacib qidalar arasında yer alır.
Medicina.az xəbər verir ki, tahini xüsusilə də acqarına yemək tövsiyə olunur.
Acqarına yeyildikdə tahin hansı xəstəliklərə çarə olur?
- Acqarına yeyilən tahinin əsas faydası həzm sistemini tənzimləməsidir. Bundan əlavə mədə problemlərinə yaxşı təsir edən bu üsul qəbizliyə də çarə olur.
- Acqarına tahin istehlak etmək böyrəklərin nizamlı və sağlam işləməsinə kömək edir.
- Xolesterol səviyyəsini aşağı salır.
- Ürək xəstəlikləri və insult riskini azaldır.
- Qan təzyiqini aşağı salmağa kömək edir.
- Beynin inkişafını dəstəkləyir.
- Yüksək antioksidant mənbəyidir.
- Sümük quruluşunu qoruyur.
- Dəmir defisitli anemiyanın qarşısını alır.
Tahin bal və ya doşabla qarışdırılaraq istifadə edilir. Qida dəyəri yüksək olan tahin humusun hazırlanmasında da istifadə olunur.
Aysel