37 yaşlı braziliyalı Roşa ərə getdiyi kukla kişidən “uşağı” olduğunu bəyan edib.
Bakupost.az xəbər verir ki, ad günündə anasının ona hədiyyə etdiyi parça kukla kişi ilə nikah bağlayan qadın ondan uşaq da “dünyaya gətirib”.
Kuklanın adı Marselodur. Qadın onu ilk baxışdan sevdiyini deyir.
Roşa 37 yaşına kimi hələ də tənha olmasından anasına gileylənib. Anası ona insan boyda kişi obrazında gəlincik tikib. Nikahdan bir neçə ay sonra qız hamilə olduğunu bildirib.
Qeyd edək ki, nikah mərasimidə 250 nəfər qonaq da iştirak edib, əsl toy məclisi təşkil olunub.
Roşa Rio-de-Janeyroda doğum evinə gedərək, “oğlunu” qucağına alıb. Uşaq da atası kimi parçadan tikilib.
“Doğum” prosesi 35 dəqiqə çəkib.
O, uşağın “doğumunu” sosial şəbəkədə yayımlayıb.
Qadın əri ilə nikahda xoşbəxt olduğunu deyir.
Bircə şikayəti var ki, Marselo divanda yatır, işləyib pul qazanmır.